Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Hökumət mənbələrindən əldə olunan məlumata görə, Fransa prezidenti Emmanuel Makron aprelin 24-25-də Afinaya səfər edərək Yunanıstanın baş naziri Kiriakos Miçotakis ilə görüşəcək.
Müdafiə sazişi yenilənir
Səfər zamanı 2021-ci ilin sentyabrında Parisdə imzalanmış Müdafiə və Təhlükəsizlik Sahələrində Əməkdaşlığa dair Strateji Tərəfdaşlıq Sazişi də daha 5 il müddətinə yenilənəcək.
Sözügedən saziş hər 5 ildən bir tərəflərdən etiraz olmadığı halda avtomatik yenilənir.
Gündəmdə əməkdaşlıq başlıqları
İki ölkə arasında əməkdaşlığın artırılmasını hədəfləyən səfər çərçivəsində iqtisadiyyat, mülki müdafiə və innovasiya sahələrində əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Regional təhlükəsizlik mövzuları
Bundan əlavə, iki liderin gündəmində Hörmüz boğazında gəmiçilik təhlükəsizliyinin təmin olunması da yer alacaq.
Sevinc Əliyeva
Ordu.az