Ordu.az xəbər verir ki, “German Ministry of Defence” tərəfindən açıqlanan bu inkişaf ölkənin strateji hava nəqliyyatı qabiliyyətində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir.
Ən böyük A400M istifadəçisi mövqeyindədir
Almaniya A400M proqramı çərçivəsində ən yüksək sifariş verən ölkə kimi önə çıxır. “Airbus” tərəfindən həyata keçirilən təhvil prosesi 2014-cü ildə başlayıb və illər ərzində mərhələli şəkildə tamamlanıb.
Son təhvil ilə birlikdə “Airbus” Almaniyaya yönəlik bütün istehsal öhdəliyini yerinə yetirmiş oldu.
Köhnə parkın yerini aldı, qabiliyyətləri genişləndirdi
A400M parkı Almaniya Silahlı Qüvvələrinin inventarındakı köhnə “Transall C-160” nəqliyyat təyyarələrinin yerini alaraq mühüm modernləşmə təmin edib.
Yeni platformalar sayəsində strateji və taktiki hava nəqliyyatı qabiliyyəti artırılarkən, uzun mənzil, yüksək yük tutumu və çoxşaxəli tapşırıq qabiliyyəti önə çıxan amillər arasında yer alıb.
Həm humanitar, həm hərbi tapşırıqlarda aktiv istifadə olundu
Almaniya Hərbi Hava Qüvvələri tərəfindən istifadə olunan A400M təyyarələri təbii fəlakətlərdən sonra Karib hövzəsinə edilən yardım göndərişləri kimi çoxsaylı humanitar əməliyyatlarda iştirak edib.
Bundan əlavə, Yaxın Şərqdəki hərbi əməliyyatlarda da aktiv rol oynayan platformaların İordaniyadan icra edilən tapşırıqlarda havada yanacaq doldurma təyyarəsi kimi istifadə olunduğu bildirilib.
Satış və ortaq park planları həyata keçmədi
Almaniya son illərdə parkındakı 13 A400M təyyarəsini yenidən satmaq variantını qiymətləndirmişdi, lakin bu istiqamətdə konkret razılaşma əldə olunmamışdı.
Bununla yanaşı, təxminən 10 təyyarədən ibarət çoxmillətli nəqliyyat parkının yaradılmasına dair planlar da gündəmə gəlmişdi, lakin bu təşəbbüs həyata keçirilməyib.
“Airbus” istehsal xətti davam edir
“Airbus” bu günədək ümumilikdə 139 ədəd A400M Atlas təyyarəsi təhvil verib. Şirkətin mövcud sifariş portfelində isə Qazaxıstan, Fransa və İspaniya üçün istehsal ediləcək 39 təyyarə var.
Bu göstəricilər A400M proqramının beynəlxalq miqyasda davam etdiyini və platformanın qlobal istifadəçi bazasını genişləndirməyi sürdürdüyünü göstərir.
Sevinc Əliyeva
Ordu.az