İran: İslamabadda danışıqlarla bağlı xəbərlər həqiqətə uyğun deyil

2026/03/1774243799.jpg
Oxunub: 438     22:39     19 Aprel 2026    
İslamabadda danışıqların ikinci mərhələsi barədə məlumatlar həqiqətə uyğun deyil.

Ordu.az xəbər verir ki, bu barədə “Pars Today” İranın dövlət xəbər agentliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ-nin həddindən artıq tələbləri, qeyri-real və əsassız şərtləri, mövqelərin davamlı dəyişməsi, ziddiyyətli bəyanatlar, eləcə də atəşkəs razılaşmalarının pozulması kimi qiymətləndirilən davam edən qondarma dəniz blokadası və təhdidedici ritorika indiyədək danışıqlarda irəliləyişə mane olub.

Bəyanatda qeyd olunub ki, bu şəraitdə effektiv danışıqların aydın perspektivi görünmür.

“ABŞ-nin yaydığı məlumatlar onların media oyununun bir hissəsidir və məqsəd İrana təzyiq göstərmək üçün günahı başqasının üzərinə atmaqdır”, - deyə “Pars Today” qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Pakistan   ABŞ  


Bizi "telegram"da izləyin