Trampın açıqlamasına baxmayaraq, Ağ Ev Vensin İranla danışıqlarda iştirak edəcəyini bildirib

2026/04/1775969419.jpg
Oxunub: 452     19:56     19 Aprel 2026    
ABŞ vitse-prezidenti Cey Di Vens İran məsələsi üzrə Pakistanda keçiriləcək danışıqların növbəti mərhələsində xüsusi elçi Stiv Uitkof və prezidentin kürəkəni Cared Kuşnerlə birlikdə iştirak edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Ağ Ev CNN telekanalına bildirib.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp vitse-prezidentin danışıqların son mərhələsində iştirak edəcəyini təkzib etmişdi.

Telekanalın iddiasına görə, Trampın bəyanatı İslamabadda keçiriləcək danışıqlarda hansı rəsmilərin iştirak edəcəyi məsələsində çaşqınlıq yaradıb.

Mənbələrin sözlərinə görə, Məxfi xidmət Venslə prezidentin eyni vaxtda bir yerdə olmasını istəmir. Bu, təkcə davam edən müharibə və təhlükəsizlik təhdidləri şəraitində regiona səfərlərlə deyil, həm də ölkə daxilində hərəkətlərlə bağlıdır.

Bildirilib ki, əgər Tramp yekun razılaşma əldə olunacağı təqdirdə Pakistana getmək qərarına gəlsə, böyük ehtimalla Vens ABŞ-yə qayıdacaq.

Xatırladaq ki, əvvəlki danışıqlar münaqişənin dayandırılması barədə razılaşma olmadan başa çatmışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vens   Pakistan  


Bizi "telegram"da izləyin