“Kommersant”: Ərdoğan Putinə Ukrayna üzrə danışıqlar platforması kimi Türkiyəni təklif edib

2025/01/1737394462.jpg
Oxunub: 530     19:27     19 Aprel 2026    
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə təmas zamanı Ankaranın Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqların keçirilməsi, o cümlədən liderlər səviyyəsində görüşlərin təşkili ilə bağlı hazırlığını çatdırıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

“Kommersant”ın məlumatına görə, o vurğulayıb ki, vəziyyət təkcə Türkiyə tərəfinin istəyindən deyil, həm də münaqişə iştirakçılarının hazırlığından asılıdır.

Fidan xatırladıb ki, ötən yay Türkiyə tərəfləri üç dəfə İstanbulda bir araya gətirib və bunu həm texniki, həm də ən yüksək səviyyədə yenidən etməyə hazırdır.

Eyni zamanda o qeyd edib ki, İran və ABŞ arasında müharibənin qəfil kəskinləşməsi dünya ictimaiyyətinin diqqətini Ukrayna böhranından yayındırıb və Ukrayna üzrə sülh danışıqlarına maraq azalıb.

Türkiyəli nazir sülhə nail olmaq səylərini davam etdirməyin zəruriliyini vurğulayıb. Onun sözlərinə görə, həm Ukrayna, həm də Fələstin məsələləri çox mühüm olaraq qalır və Türkiyənin onların həllinə töhfə vermək imkanları var.

Tərəflər başqa paytaxtlarda da görüşürlər, lakin Ankara öz platformasını yenidən təklif etməyə hazırdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fidan   Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin