“İran atəşkəs razılaşmasını pozub, nümayəndələrim Pakistana gedirlər” - Tramp

2026/04/1775540561.jpg
Oxunub: 555     17:02     19 Aprel 2026    
ABŞ prezidenti Donald Tramp Truth Social sosial şəbəkəsində yazıb ki, ötən gün İran Hörmüz boğazını atəşə tutmaq qərarı verib və bu, atəşkəs razılaşmasının tam pozulmasıdır.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Trampın sözlərinə görə, “onların çoxu Fransa gəmisinə və Böyük Britaniyanın yük gəmisinə qarşı yönəlmişdi”.

“Bu, çirkin idi, elə deyilmi? Mənim nümayəndələrim İslamabada (Pakistan) gedirlər, onlar sabah axşam danışıqlar üçün orada olacaqlar. İran yaxın vaxtlarda boğazı bağladığını elan etdi, bu isə qəribədir, çünki bizim MÜHASİRƏMİZ artıq onu bağlamışdı.

Onlar fərqinə varmadan bizə kömək edirlər və keçidin bağlanmasına görə gündəlik 500 milyon dollar itirən də məhz onlardır. ABŞ heç nə itirmir. Əslində, hazırda çoxlu sayda gəmi yüklənmək üçün ABŞ-yə, Texasa, Luizianaya və Alyaskaya istiqamətlənir və bu, həmişə “yaxşı oğlan” kimi görünmək istəyən SEPAH sayəsindədir. Biz çox ədalətli və əsaslandırılmış razılaşma təklif edirik və ümid edirəm ki, onlar buna razılaşacaqlar, çünki razılaşmasalar, ABŞ İranın bütün elektrik stansiyalarını və bütün körpülərini sıradan çıxaracaq.

ARTIQ HEÇ BİR XOŞ NİYYƏT YOXDUR. Onlar tez təslim olacaqlar, asan təslim olacaqlar və əgər RAZILAŞMA ilə razılaşmasalar, İranla bağlı son 47 ildə digər prezidentlərin etməli olduqlarını etmək mənim üçün şərəf olacaq”, - deyə Tramp bildirib.

ABŞ prezidenti əlavə edib ki, “İranın qətl maşınına son qoymağın vaxtı çatıb”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin