WSJ: Trampın müşavirləri onun spontan açıqlamalarından narahatdırlar

2025/12/1765691743.jpg
Oxunub: 414     15:36     19 Aprel 2026    
ABŞ prezidenti Donald Trampın müşavirləri onun razılaşdırılmamış və spontan ictimai açıqlamaları ilə bağlı narahatlıq ifadə edir, bu cür çıxışların məhdudlaşdırılması zərurətini müzakirə edirlər.

Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, prezidentin tez-tez əvvəlcədən razılaşdırılmadan verilən açıqlamaları çaşqınlıq yaradır və onun administrasiyasının mövqeyi ilə ziddiyyət təşkil edir.

Trampın ətrafında hesab edirlər ki, bu cür bəyanatlar siyasətin həyata keçirilməsini çətinləşdirir və siyasi riskləri artırır.

Bununla əlaqədar olaraq daha nəzarətli kommunikasiya formalaşdırmaq və mətbuatla spontan təmasları azaltmaq cəhdləri edilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin