İsrail qüvvələri Suriyanın Kuneytra bölgəsində mövqe tutublar

2025/02/1738903345.jpg
Oxunub: 487     14:29     19 Aprel 2026    
İsrail qüvvələri şənbə axşamı Suriyanın Kuneytra vilayətinin cənub kənd ərazilərində yerləşən Tel əl-Əhmər əş-Şərqi bölgəsinə doğru irəliləyib və təpənin zirvəsində yerləşən yığma tikililərdə mövqe tutublar.

Ordu.az xəbər verir ki, bu barədə SANA məlumat yayıb.

Suriya mediasının məlumatına görə, əməliyyatda iki tank, iki avtomobil və ABŞ istehsalı “Humvee” hərbi yolsuzluq avtomobilləri ilə təchiz edilmiş qüvvələr iştirak edib. Hərbçilər obyektə daxil olaraq hazır tikililəri nəzarətə götürüblər.

Bundan əvvəl, şənbə günü İsrailin digər qüvvələri Kuneytranın şimal kənd ərazilərinə daxil olmuş, Taranja-Mazare əl-Amal yolunda müvəqqəti nəzarət-buraxılış məntəqəsi qurmuş və ayrılmadan əvvəl qısa müddət ərzində mülki şəxsləri yoxlamışdılar.

“İsrail 1974-cü il tarixli Qüvvələrin Ayrılması haqqında sazişi pozmağa davam edir, Suriyanın cənubunda mütəmadi müdaxilələr həyata keçirilir. Suriya dəfələrlə İsrail qüvvələrinin öz ərazisindən çıxarılmasını tələb edib və vurğulayıb ki, “işğalçılar”ın Suriyanın cənubunda gördüyü bütün tədbirlər etibarsızdır və beynəlxalq hüquqa əsasən hüquqi qüvvəyə malik deyil”, - deyə məlumatda qeyd edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Suriya  


Bizi "telegram"da izləyin