Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var

2023/07/16830-1689228558.jpg
Oxunub: 533     10:52     19 Aprel 2026    
Bu gün səhər Ukraynanın Xerson şəhərinin rayonlarından birində Rusiya avtomobilə dron zərbəsi endirib.

Ordu.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin "Telegram" kanalında məlumat paylaşılıb.

Qeyd olunub ki, zərbə nəticəsində bir nəfər həlak olub, iki nəfər xəsarət alıb.

"Mürəkkəb təhlükəsizlik vəziyyətinə baxmayaraq, xilasedicilər həlak olan sürücünün meyitini çıxarıblar", - məlumatda bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xerson   Ukrayna  


Bizi "telegram"da izləyin