Roma Papası bildirib ki, onun açıqlamalarının Trampın tənqidinə cavab kimi yozulmasına görə təəssüflənir

2025/07/1753113182.jpg
Oxunub: 434     20:13     18 Aprel 2026    
Roma Papası XIV Leo şənbə günü bildirib ki, onun açıqlamalarının ABŞ prezidenti Donald Tramp tərəfindən səsləndirilən tənqidə cavab kimi yozulmasına görə təəssüflənir.

Ordu.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Roma Papası XIV Leo ABŞ lideri ilə mübahisədə maraqlı olmadığını vurğulayıb.

Belə açıqlamaya nümunə olaraq onun Afrikaya səfərinin ikinci mərhələsi zamanı Kamerunda söylədiyi “dünyanı talayan diktatorlar dəstəsi” ilə bağlı çıxışı göstərilə bilər. Papa bunu Anqolaya səfəri zamanı jurnalistlərə danışıb.

Agentliyin məlumatına görə, bu bəyanat Trampın özünün “Roma Papasının böyük pərəstişkarı deyiləm” deməsindən xeyli əvvəl yazılıb.

“Bununla belə, bu, elə qəbul edildi ki, guya mən prezidentlə yeni mübahisə başlatmağa çalışıram, halbuki bu, məni ümumiyyətlə maraqlandırmır”, - deyə Papa bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Roma-Papası   Tramp  


Bizi "telegram"da izləyin