Ordu.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Prezident administrasiyasının yaydığı bəyanatda qeyd olunub ki, Aun telefon danışığı zamanı fransalı həmkarı Emmanuel Makrona başsağlığı verib.
O, hadisəni pisləyib və Beyrutun “tərəddüd etmədən günahkarları təqib edəcəyini və onları məsuliyyətə cəlb edəcəyini” bildirib.
Daha əvvəl Fransanın prezidenti “Hizbullah” hərəkatını baş verənlərdə ittiham edərək Livanda fransalı sülhməramlı hərbçinin öldüyünü açıqlamışdı.
Makronun sözlərinə görə, hadisə nəticəsində həlak olan hərbçinin daha üç xidmət yoldaşı yaralanıb.
Sevinc Əliyeva
Ordu.az