Ordu.az xəbər verir ki, bu barədə Emmanuel Makron açıqlama verib.
“Montaubandakı 17-ci paraşüt mühəndis alayının qərargah serjantı Florian Montorion bu səhər Livanın cənubunda UNIFIL-ə (BMT-nin Livandakı sülhməramlı missiyası-red.) hücum zamanı həlak olub. Onun üç silahdaşı yaralanıb və təxliyə olunub. Dövlət əsgərlərimizin ailələrinə və Livanda sülh uğrunda mübarizədə iştirak edən bütün hərbçilərimizə öz ehtiramını və dəstəyini bildirir”, - deyə Makron yazıb.
Onun sözlərinə görə, bütün göstəricilər bu hücuma görə məsuliyyətin “Hizbullah”ın üzərində olduğunu göstərir.
“Fransa tələb edir ki, Livan hakimiyyət orqanları məsul şəxsləri dərhal həbs etsin və UNIFIL ilə birlikdə məsuliyyəti öz üzərinə götürsün”, - deyə o əlavə edib.
Sevinc Əliyeva
Ordu.az