Ordu.az "Yle" dövlət yayımçısına istinadən xəbər verir ki, bunu Finlandiyanın müdafiə naziri Antti Hakkanen bəyan edib.
Onun sözlərinə görə, bu məsələdə əsas rol Qərbi Avropanın aparıcı ölkələrinin üzərinə düşəcək, Finlandiyanın imkanları isə bir sıra amillərə görə çox məhduddur.
Hakkanen qeyd edib ki, ölkələr davamlı atəşkəsi gələcək missiyanın əsas şərti hesab edir.
"Böyük Britaniya və Fransa bu əməliyyatın zəruriliyini daim qiymətləndirir. Bu məsələdə ABŞ ilə dialoq vacibdir", – nazir əlavə edib.
Ordu.az