Ordu.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
Narazılığın səbəbi Şimali Atlantika Alyansının ABŞ və İsrailin İrana qarşı başladığı müharibəyə qoşulmaqdan imtina etməsi olub.
Məhz Tramp alyansın adını çəkən kimi, iştirakçılar fit çalmağa başlayıblar.
ABŞ prezidenti bildirib ki, NATO “ona ən çox ehtiyac duyulan anda tamamilə faydasızdır”.
“Mən dedim: “Qulaq asın, bunu dəqiq anlayın ki, mənim qələbəmdən sonra seçki ianələri artıq nəzərə alınmır. NATO məsələsində də eyni şeydir: bizim qələbəmizdən sonra bunun artıq əhəmiyyəti olmayacaq”, - deyə o qeyd edib.
Tramp həmçinin müharibənin İranda cəmi “ekskursiya” olduğu iddiasını da təkrarlayıb.
“Bu, sadəcə hərbi ekskursiya idi, əsas əhəmiyyəti yoxdur. İndi bunun vaxtı deyil”, - deyə ABŞ prezidenti bildirib.
Sevinc Əliyeva
Ordu.az