Tramp: “Si Cinpin çox şaddır ki, Hörmüz boğazı açıqdır və/yaxud tezliklə açılacaq”

2026/04/1775540561.jpg
Oxunub: 324     09:27     18 Aprel 2026    
“Prezident Si Cinpin çox şaddır ki, Hörmüz boğazı açıqdır və/yaxud tezliklə açılacaq”.

Ordu.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “TruthSocial” sosial şəbəkəsində yazıb.

“Çində keçiriləcək görüşümüz xüsusi və mümkündür ki, tarixi olsun. Prezident Si ilə görüşü səbirsizliklə gözləyirəm. Biz böyük nailiyyətlər əldə edəcəyik”, - deyə Tramp qeyd edib.

Bundan əvvəl İran və ABŞ bildirmişdilər ki, strateji su yolu olan, müharibənin başlanmasından etibarən praktiki olaraq bağlı olan Hörmüz boğazı atəşkəs başa çatanadək ticarət hərəkəti üçün tam şəkildə yenidən açılacaq. Lakin İran bir neçə şərt irəli sürüb: gəmilər və yüklər ABŞ və ya İsraillə bağlı olmamalıdır, həmçinin hərbi gəmilərin tranzit hərəkəti qadağan edilməlidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Cinpin  


Bizi "telegram"da izləyin