Tramp: “ABŞ bu və ya digər şəkildə İranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarını əldə edəcək”

2026/01/1769008045.jpg
Oxunub: 498     09:17     18 Aprel 2026    
ABŞ prezidenti Donald Tramp cümə günü bildirib ki, ABŞ bu və ya digər şəkildə İranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarını əldə edəcək.

Ordu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Tramp xəbərdarlıq edib ki, əgər danışıqlar uğursuz olarsa, bu, “çox daha qeyri-dostcasına formada” baş verə bilər.

İrandan yüksək zənginləşdirilmiş uranın çıxarılması vaxtı barədə soruşulduqda ABŞ prezidenti təfərrüat verməkdən imtina edib.

“Aydındır ki, mən sizə vaxt verməyəcəyəm. Yalnız o halda vaxt verə bilərəm ki, razılaşmanı imzalayaq. Razılaşma imzalandıqdan sonra İranla oturacağıq, bunu birlikdə müzakirə edəcəyik və 100 faiz onu Birləşmiş Ştatlara qaytaracağıq”, - deyə Tramp bildirib.

“Əgər bunu etməsək, onu başqa yolla, çox daha qeyri-dostcasına yolla qaytaracağıq. Amma hər halda, buna nail olacağıq”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin