Ordu.az xəbər verir ki müdafiə sənayesində ən kritik düyünlər olan S-400 hava hücumundan müdafiə sistemləri və F-35 döyüş təyyarəsi proqramı barədə danışan Barrak böhranın aradan qaldırılması üçün qarşıdakı 4-6 aylıq kritik mərhələyə işarə edərək həllin yaxın olduğunu vurğulayıb.
Səfir Barrak Türkiyə ilə ABŞ arasında ən böyük diplomatik maneələrdən biri olan S-400 məsələsinin texniki və siyasi yaxşılaşma prosesinə daxil olduğunu bildirib. Barrak problemin həlli üçün qarşıdakı 4-6 aylıq mərhələyə işarə edərək mövzunun yaxın gələcəkdə dəqiqləşəcəyini gözlədiyini vurğulayıb.
F-35 proqramı və Tramp administrasiyasının baxışı
Barrak müdafiə əməkdaşlığında yaşanan tıxanmanın aradan qaldırılmasına dair belə deyib: “Prezident Donald Trampın baxışına görə, Türkiyənin F-35 proqramına yenidən qəbul edilməsi problem təşkil etmir”.
Bu açıqlama Vaşinqtondakı siyasi iradənin F-35 məsələsində daha çevik mövqe nümayiş etdirməyə başladığının ən konkret işarəsi kimi qiymətləndirilib.
“Sanksiyalar işə yaramır” etirafı
Müdafiə sənayesində tətbiq olunan sanksiyaların (CAATSA) effektivliyini sorğulayan Barrak sanksiya tətbiq olunan ölkələrin bu məhdudiyyətləri aşmaq üçün yaradıcı yollar tapdığını bildirib. Şəxsi fikri olaraq sanksiyaların arzu olunan nəticəni vermədiyini qeyd edən səfir Yunanıstanın həm S-300, həm də F-35 sahibi olmasını nümunə göstərərək Türkiyə üçün də bənzər tarazlığın qurula biləcəyi mesajını verib.
Sevinc Əliyeva
Ordu.az