Ordu.az xəbər verir ki, bunu sosial şəbəkələrdə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf yazıb.
Qalibafın sözlərinə görə, ABŞ “bu yalanlarla müharibəni qazanmayıb və şübhəsiz ki, danışıqlarda da heç nəyə nail olmayacaq”.
“Əgər blokada davam edərsə, Hörmüz boğazı açıq qalmayacaq. Hörmüz boğazından keçid “təyin edilmiş marşrut” üzrə və “İranın icazəsi ilə” həyata keçiriləcək. Boğazın açılması və ya bağlanması, eləcə də onun qaydaları sosial şəbəkələrdə yox, yerində müəyyən ediləcək”, - deyə İran parlamentinin sədri bildirib.
O əlavə edib ki, “informasiya müharibəsi və ictimai rəyin manipulyasiyası müharibənin mühüm hissəsini təşkil edir və İran xalqı bu hiylələrə uymayacaq”.
“Danışıqlarla bağlı real və etibarlı xəbərləri Xarici İşlər Nazirliyinin rəsmi sözçüsünün son müsahibəsində oxuyun”, - deyə o qeyd edib.
Sevinc Əliyeva
Ordu.az