Ordu.az xəbər verir ki, bu barədə DW məlumat yayıb.
“Ukrayna üçün 173 islahatı nəzərdə tutan proqram var və onlar bunları həyata keçirməlidirlər. Əgər bunu etsələr, biz onlara vəsait təqdim edə bilərik”, - deyə genişlənmə məsələləri üzrə avrokomissar Marta Kos bildirib.
Onun sözlərinə görə, Macarıstanda keçirilmiş parlament seçkilərindən sonra Avropa İttifaqının Kiyevə 90 milyard avro kredit ayıracağı “100 faiz təmin olunub”.
Ukraynanın maliyyə naziri Sergey Marçenko bildirib ki, Avropa İttifaqının krediti 2026-cı ildə Ukraynanın 52 milyard dollarlıq maliyyələşdirmə çatışmazlığını örtəcək.
Sevinc Əliyeva
Ordu.az