CNN: ABŞ Hörmüz boğazının blokadası vasitəsilə Çin və Hindistana təzyiqi gücləndirməyə çalışır

2026/04/1775835700.jpg
Oxunub: 413     12:08     16 Aprel 2026    
Hörmüz boğazının blokadası ilə ABŞ Çin və Hindistana təzyiq göstərməyə çalışır ki, onlar İrana təsir etsin və Tehranı danışıqlar masasına qaytarsınlar.

Ordu.az xəbər verir ki, bu barədə CNN-in analitik materialında bildirilib.

Telekanalın qiymətləndirməsinə görə, Vaşinqton ümid edir ki, İran neftinin fəal alıcıları olan ölkələr xarici təzyiq altında qalaraq İran rəhbərliyinə təsir göstərməyə başlayacaqlar. Lakin Çin məsələsində risklər olduqca yüksəkdir. ABŞ tərəfi ilə Çin gəmiləri arasında istənilən toqquşma iki supergüc liderlərinin gözlənilən görüşünü poza və dərin diplomatik böhrana səbəb ola bilər.

Həmçinin qeyd olunur ki, ABŞ mümkün olaraq İranın mövqeyini düzgün qiymətləndirməyib və blokadanın münaqişəni tez həll edəcəyini düşünüb. Lakin Tehran bunu varlıq savaşı kimi qiymətləndirir ki, bu da telekanalın fikrincə, məsələnin tezliklə həlli ehtimalını azaldır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çin   Hindistan  


Bizi "telegram"da izləyin