Rusiya səfiri: “Roma Papası XIV Leonun İran məsələsində mövqeyi mübahisələrə səbəb olub, Trampın reaksiyası “çox emosional” idi”

2025/08/1754823269.jpg
Oxunub: 379     10:22     16 Aprel 2026    
“Rusiya Roma Papası XIV Leonun sülhpərvər mövqeyinə hörmətlə yanaşır, lakin bütün dünya liderləri Vatikanın mövqeyini bölüşmür”.

Ordu.az xəbər verir ki, bunu Rusiyanın Vatikanındakı səfiri İvan Soltanovski deyib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın Roma Papasının İranla bağlı müharibə əleyhinə bəyanatlarına reaksiyası “həddindən artıq emosional” olub.

Diplomat qeyd edib ki, Müqəddəs Taxt Yaxın Şərqdə baş verən hadisələrdən kənarda qala bilməz və katolik və diplomatik dairələrdə Roma Papasının mövqeyinə dəstək artıb. O, həmçinin vurğulayıb ki, papa siyasi proseslərdən kənarda qalmağa çalışır və siyasi deyil, mənəvi lider kimi fəaliyyət göstərir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Roma-Papası   Rusiya  


Bizi "telegram"da izləyin