“Tramp nə mənim tərəfimdədir, nə də Rusiyanın” - Zelenski

2026/04/1775846075.jpg
Oxunub: 315     15:57     15 Aprel 2026    
“ABŞ Prezidenti Donald Trampın tutduğu “neytral” mövqe onun nə Ukraynanı, nə də Rusiyanı dəstəklədiyini göstərir”.

Ordu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ZDF-yə müsahibəsində deyib.

“Məndə belə təəssürat yaranır ki, o, elə başlanğıcdan tərəflərin arasında qalmağa qərar verib. Bu göstərir ki, o, nə mənim tərəfimdədir, nə də Rusiyanın”, - deyə o bildirib.

Ukrayna Prezidenti həmçinin Rusiyaya qarşı ABŞ tərəfindən təzyiq göstərilməsinin vacibliyini vurğulayıb.

“Əgər ABŞ Rusiyaya təzyiq göstərməsə, onlar artıq qorxmayacaqlar”, - deyə Zelenski əlavə edib.

O həmçinin qeyd edib ki, üçtərəfli danışıqlarda Avropa ölkələri üçün öz yerlərini tapmaq çətindir.

“ABŞ tərəfindən belə bir istəyin heç bir təzahürünü görmürəm”, - deyə Prezident əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Tramp  


Bizi "telegram"da izləyin