“Roma Papası İranın nüvə təhdidini anlamır” - Tramp

2026/04/1775540561.jpg
Oxunub: 383     20:34     14 Aprel 2026    
ABŞ-nin prezidenti Donald Tramp İtaliyanın “Corriere della Sera” qəzetinə verdiyi müsahibədə Roma Papası XIV Leonun İranın nüvə təhdidini anlamadığını bildirib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“O anlamır və müharibə haqqında danışmamalıdır, çünki nə baş verdiyini təsəvvür etmir”, - deyə Tramp bildirib.

O, həmçinin İtaliyanın baş naziri Corciya Melonini Roma Papası ilə bağlı dediklərini “qəbuledilməz” adlandırdığına görə tənqid edib.

“O qəbuledilməzdir, çünki onu maraqlandırmır ki, İranın nüvə silahı varmı və onların imkanı olsa, iki dəqiqəyə İtaliyanı partladardılar”, - deyə ABŞ prezidenti bildirib.

Tramp baş nazirin hərəkətlərindən “şok keçirdiyini” bildirib.

“Mən düşünürdüm ki, o cəsarətlidir, amma yanılmışam”, - deyə o, İtaliyanın ABŞ-İran müharibəsinə və Hörmüz boğazının açılmasına dəstək verməməsindən təəssüfünü ifadə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Roma-Papası  


Bizi "telegram"da izləyin