Rusiya Ukraynanın iki vilayətinə zərbələr endirib: ölən və yaralananlar var

2026/03/1774596385.jpg
Oxunub: 293     14:56     14 Aprel 2026    
Ötən gecə Rusiya Silahlı Qüvvələri Ukraynanın Dnepropetrovsk və Xerson vilayətlərinə zərbələr endirib, nəticədə 4 nəfər ölüb, 31 nəfər yaralanıb.

Ordu.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyalarının rəhbərləri bildiriblər.

Onların məlumatına görə, Xerson vilayətində 4 nəfər ölüb, 16 nəfər, o cümlədən iki tibb işçisi yaralanıb.

Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja 15 nəfərin yaralandığını diqqətə çatdırıb.

Onun sözlərinə görə, yaralananların hamısı xəstəxanaya yerləşdirilib: 9 nəfər ağır, qalanları isə orta ağır vəziyyətdədir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin