Zelenski müharibədən sonra hərbçilər üçün nəzərdə tutulan vergilərin üç il müddətinə uzadılmasını nəzərdə tutan qanunu imzalayıb

2026/03/1774957324.jpg
Oxunub: 278     14:28     14 Aprel 2026    
Ukrayna prezidenti Vladimir Zelenski hərbi verginin müharibə başa çatdıqdan sonra daha üç il müddətinə saxlanılmasını nəzərdə tutan qanunu imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Toplanan vəsaitlər müharibədən sonrakı bərpa və infrastrukturun inkişafı məqsədilə xüsusi fonda yönəldiləcək. Maliyyə Nazirliyinin hesablamalarına görə, bu dərəcə sayəsində büdcənin illik daxilolmaları təxminən 140 milyard qrivna təşkil edəcək.

Mövcud vergi dərəcələri belədir: fiziki şəxslər üçün 5%, birinci, ikinci və dördüncü qrup fərdi sahibkarlar üçün minimum əmək haqqının 10%-i, üçüncü qrup vahid vergi ödəyiciləri üçün isə gəlirin 1%-i:

Qanunun qəbul edilməsi Beynəlxalq Valyuta Fondunun kredit proqramının əsas tələblərindən biridir, həmçinin Avropa Ukraine Facility təşəbbüsünün məcburi şərtidir. Ali Rada sənədi aprelin 7-də 257 lehinə səslə təsdiqləyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ukrayna  


Bizi "telegram"da izləyin