Kim Çen In Yaponiyadakı Koreya vətəndaşları assosiasiyasına 2 milyon dollar ianə edib

2024/02/1707456850.jpg
Oxunub: 371     12:08     14 Aprel 2026    
Şimali Koreya lideri Kim Çen In Yaponiyadakı Koreya icmasına (“Çxonryon”) 316 milyon 360 min yen, yəni təxminən 2 milyon dollar ayırıb. İanə dövlətin qurucusu Kim İl Senin anadan olmasının 114-cü ildönümü münasibətilə edilib.

Ordu.az xəbər verir ki, bu barədə aprelin 14-də Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Bu məbləğ təhsil proqramlarına və təqaüdlərin ödənilməsinə xərclənəcək. Şimali Koreyanın tarixi ərzində ölkənin üç lider, Kim İl Sen, Kim Çen İr və Kim Çen In ümumilikdə 172 dəfə icmaya yardım göstərərək təxminən 313 milyon dollar köçürüblər.

“Böyük lider yoldaş Kim İl Sen, böyük rəhbər yoldaş Kim Çen İr və hörmətli yoldaş Kim Çen In bu günə qədər Yaponiyadakı koreyalı uşaqların təhsil fonduna 172 dəfə yardım göstəriblər. Təqaüdlər və təhsil ehtiyacları üçün ayrılmış ümumi məbləğ 50 milyard 304 milyon 950 min 390 yen, yəni 313 milyon dollar təşkil edir”, - deyə məlumatda bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kim-Çen-In   KXDR  


Bizi "telegram"da izləyin