Ayın açıqlanmayan sirri: orada olan kosmonavtları nə bu qədər qorxutmuşdu?

2026/04/1776151746.jpg
Oxunub: 454     11:30     14 Aprel 2026    
Yer kürəsinin peyki olan Ayla bağlı uzun müddətdir gizli saxlanılan çoxlu maraqlı faktlar var.

Bir vaxtlar geniş yayılmış bir nəzəriyyəyə görə, Ay ümumiyyətlə təbii səma cismi deyil, hansısa kosmik zəka tərəfindən yaradılmış süni peykdir. Lakin bu fərziyyə heç vaxt təsdiq olunmayıb.

Alimlər isə əksinə belə nəticəyə gəliblər ki, Ay bir çox cəhətdən canlı orqanizmə bənzəyir. Onun mövcudluğu planetimizin təbii şəraitinin kövrək balansını qoruyur və bəşəriyyətin yaşamasına imkan yaradır.

Ay Yer kürəsindən 385,000 kilometr məsafədə yerləşir. Yerdən Aya uçuş cəmi üç yarım gün çəkir. O, bizə ən yaxın planetdir, buna görə də onun cazibə sahəsi daim Yer kürəsini özünə çəkir. Ayın cazibə qüvvəsi o qədər güclüdür ki, Dünya okeanının sularını özünə tərəf çəkərək Yer üzündə qabarma və çəkilmələr yaradır. Ay orbiti boyunca Yerə yaxınlaşdıqda qabarma artır, uzaqlaşdıqda isə azalır. Qabarma və çəkilmələr Yer səthi ilə okean suları arasında sürtünmə yaradır. Bu isə planetin öz oxu ətrafında fırlanmasını tədricən yavaşıdır, yəni günlərin uzunluğu artır.

“Yerin fırlanması dəyişir. O, davamlı olaraq azalır. Günlər uzanır. Günlər uzanmağa davam edəcək, il eyni qalacaq, amma günün içində saatların sayı artacaq və təqvim yenidən qurulmalı olacaq. Biz gündə 50 saat yaşayacağıq”, - deyə Moskva Dövlət Universitetinin Şternberq adına Astronomiya İnstitutunun aparıcı elmi işçisi, astronom Valentin Yesipov bildirib.

Planetimiz Ay tərəfindən davamlı olaraq “əyləclənir”. Bu proses artıq 4.5 milyard ildir, yəni Yer üzündə okeanların formalaşmasından bəri davam edir. Üç milyard il əvvəl Yer kürəsində bir gün cəmi doqquz saat davam edirdi. 530 milyon il əvvəl yaşayan canlılar dövründə gün 21 saat idi. 100 milyon il əvvəl yaşamış dinozavrlar üçün isə gün 23 saat idi. Hazırda gün 24 saata qədər uzanıb.

Buna görə də bu yavaşlama davam edərsə, bu, yalnız günün uzunluğunun dəyişməsinə deyil, həm də iqlim dəyişikliyinə gətirib çıxaracaq. Alimlər çoxdan düşünürlər ki, gələcəkdə planetimiz yaşayış üçün yararlı qalacaqmı? Az adam bilir ki, SSRİ qlobal fəlakət halında Ayın kolonizasiyası üçün hətta proqram hazırlamışdı.

1960-cı illərdə Baş maşınqayırma layihə bürosunda Ay şəhərinin modeli yaradıldı. Alimlər bu layihə üzərində bir ildən çox işlədilər. Nəticədə əldə olunan silindrik konstruksiyaların Ay torpağına basdırılması planlaşdırılırdı. Hesablamalara görə, bu, sakinləri günəş radiasiyasından qoruyacaqdı. Bu yaşayış yerləri metal konstruksiyalardan hazırlanmalı və istilik izolyasiyası ilə təmin edilməli idi ki, Ayda temperaturun kəskin dəyişmələri insanlara təsir etməsin. Çünki Ayda temperatur bir gün ərzində 300 dərəcə Selsi qədər dəyişə bilir.

Sovet alimləri bu konstruksiyaların raketlərlə Aya daşınmasını təklif edirdilər. Hər raketin yük modulu bir Ay evini daşıya bilərdi. Buna görə də şəhərin və onun sakinlərinin ehtiyaclarını təmin etmək üçün ən azı 50 uçuş lazım olacaqdı.

Ayın açıqlanmayan sirri: Kosmonavtlar nə gördülər və kolonizasiya layihəsi niyə dayandırıldı?

Ayın ilk sakinləri biolog Andrey Bojko, həkim German Manovtsev və texnik Boris Ulibışev olmalı idi. Onlar missiya üçün ciddi hazırlıq keçmişdilər. Konstruktorlar raket üzərində işləyərkən, onlar eksperimental kompleksdə, kiçik bir kamerada yaşayırdılar və burada Ayda həyat şəraiti dəqiq şəkildə modelləşdirilmişdi.

Oxşar layihələr ABŞ-də də hazırlanmışdı. Lakin nə SSRİ, nə də ABŞ bu layihələri həyata keçirdi.

1969-cu ilin iyulunda amerikalı kosmonavtlar ilk dəfə Aya eniş etdilər. Yeddi il sonra bu fakt ABŞ-də mübahisə mövzusuna çevrildi. 1976-cı ildə kitab mağazalarında “Biz heç vaxt Ayda olmamışıq” adlı kitab ortaya çıxdı. Onun müəllifi, amerikalı yazıçı Bill Keysinq iddia edirdi ki, amerikalı kosmonavtların Aya enişi ABŞ hökuməti tərəfindən təşkil olunmuş saxtakarlıqdır. Kosmonavtların idarəetmə mərkəzi ilə əlaqəsi, enişin videoyazısı və Ayda çəkilmiş şəkillər uydurma idi. Hollivud rejissorları bu saxtakarlığı yaratmış, dekorasiyaları qurmuş və Ay missiyasını studiyada modelləşdirərək lentə almışdılar.

Bill Keysinqin kitabından sonra dünyada “Ay sui-qəsdi” nəzəriyyəsinin tərəfdarları ortaya çıxdı. Onlar əsas sübut kimi NASA-nın guya gizli əmrinə istinad edirdilər ki, 1968-ci ildə “Apollon” missiyasından altı ay əvvəl bir gündə agentlikdən təxminən 700 nəfər işdən çıxarılıb. Onların hamısı kosmonavtları Aya aparacaq raket üzərində işləyən konstruktorlar idi.

Bu nəzəriyyənin tərəfdarları əlavə sübut kimi Ay missiyası zamanı çəkilmiş şəkil və videoları göstərirlər. Məsələn, Nil Armstronqun Ay səthinə ABŞ bayrağını sancdığı kadrlarda bayraq dalğalanır. Onların fikrincə, bu, saxtadır, çünki Ayda külək yoxdur.

Lakin bu iddialar faktlar qarşısında dayanıqsızdır. Çünki amerikalıların Ay missiyasını dünya üzrə yüzlərlə mütəxəssis, o cümlədən SSRİ-də də izləyirdi. Bundan əlavə, Aya göndərilən “Apollo 11”in siqnalları onlarla radar stansiyası tərəfindən qeydə alınıb.

Aya eniş bütün dünyaya canlı yayımlanmışdı. Bir milyarddan çox insan amerikalı kosmonavt Nil Armstronqun Ay modulundan çıxaraq səthdə ilk addımlarını atmasını izləyib.

Bir neçə dəqiqə sonra yayım qəfil dayandı. Canlı görüntü əvəzinə tamaşaçılar yalnız hərəkətsiz kadr gördülər. Bu fasilə təxminən iki dəqiqə davam etdi, sonra əlaqə bərpa olundu və Ay görüntüləri yenidən efirə verildi.

Yalnız 1999-cu ildə, bu tarixi missiyadan 30 il sonra, “Apollo 11”in ikinci üzvü, amerikalı kosmonavt Edvin Oldrin sensasion açıqlama verdi. Məlum oldu ki, iki dəqiqəlik radio fasiləsi təsadüfi deyildi. Siqnal idarəetmə mərkəzində qəsdən pozulmuşdu. Səbəb isə həmin iki dəqiqə ərzində Ayda olan kosmonavtların başına gələn və heç bir rasional izahı olmayan hadisə idi. NASA bunu dünyaya göstərməyə cəsarət etməmişdi.

Yalnız yaxın zamanlarda NASA-nın gizli arxivlərində kosmonavtların bu danışıqlarının səs yazısı aşkar edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NASA   Ay   Yer  


Bizi "telegram"da izləyin