ABŞ və İran arasında danışıqların növbəti mərhələsi çox güman ki, cümə axşamı keçiriləcək - YENİLƏNİB

2026/04/1775927466.jpg
Oxunub: 581     09:07     14 Aprel 2026    
Jurnalist Araş Əzizi ABŞ və İran arasında növbəti danışıqların mümkün tarixini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Böyük ehtimalla ABŞ və İran arasında növbəti danışıqlar mərhələsi, çox güman ki, artıq cümə axşamı keçiriləcək”, - deyə o qeyd edib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr İranın paytaxtı Tehrana və ölkənin ən iri şəhərlərinə yönəlib. Zərbələrdən dərhal sonra İslam İnqilabı Keşikçiləri Korpusu genişmiqyaslı cavab əməliyyatı barədə məlumat verib. İsrail və ABŞ-nin hücumları nəticəsində İranın ali rəhbəri ayətullah Əli Seyid Xameneyi və digər yüksək vəzifəli şəxslər də öldürülüb.

Martın 2-də “Hizbullah” da İsrailə qarşı müharibəyə qoşulub. İsrail bu hərəkata qarşı hücum əməliyyatlarına başladığını bəyan edib.

Martın 23-də ABŞ prezidenti Donald Tramp bildirib ki, İranla danışıqlar bir həftə davam edəcək. O əlavə edib ki, hərbi zərbələr beş gün müddətinə təxirə salınıb. Lakin İran bu məlumatı təkzib edib, İsrail isə Trampın təklifini rədd edib.

ABŞ və İran aprelin 8-nə keçən gecə danışıqlar başa çatana qədər atəşkəs barədə razılığa gəlib. İsrail də bu bəyanata qoşulub, lakin Livana zərbə endirilməməsi tələbini rədd edib.

***

İran və ABŞ arasında birbaşa dialoqun növbəti raundu "yaxın vaxtlarda" keçiriləcək, diplomatik təmasların nəticələri ümidvericidir.

Ordu.az "The Express Tribune" nəşrinə istinadən xəbər verir ki, bu barədə Pakistanın müdafiə naziri Xavaca Asif bildirib.

"Son dərəcə müsbət dinamika qeydə alınır", - nəşr müdafiə idarəsi rəhbərinin sözlərini sitat gətirib. Asif qeyd edib ki, hazırkı diplomatik səylər "konstruktiv məcrada" inkişaf edir.

Daha əvvəl Vaşinqton və Tehran nümayəndələrinin növbəti birbaşa görüşünün aprelin 16-da İslamabadda təşkil edilə biləcəyi barədə məlumat daxil olmuşdu. "Associated Press" agentliyinin məlumatına görə, tərəflər Pakistanın paytaxtında təkrar danışıqlar imkanını müzakirə edirlər. Bununla belə, Amerika administrasiyasının nümayəndələri yeni məsləhətləşmələr raundunun keçirilmə yeri üçün ehtimal olunan variantlardan biri kimi Cenevrəni göstərirlər.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyata başlayıb. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib. Vaşinqton və Tehran arasında uzun sürən danışıqlar razılaşma əldə olunmadan başa çatıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   İran   ABŞ  


Bizi "telegram"da izləyin