Ordu.az xəbər verir ki, bu barədə MS NOW məlumat yayıb.
O bildirib ki, ABŞ prezidenti davranışına görə məsuliyyətə cəlb olunmalıdır.
“Sözlər, xüsusilə də ABŞ prezidentinin sözləri real nəticələr doğurur. Əgər keçən həftə Trampın sosial şəbəkələrdə etdiyi o çılğın çıxışlara baxsanız, bu, sadəcə biabırçılıqdır”, - deyə o qeyd edib.
Daha əvvəl Tramp Roma Papasına qarşı bir sıra tənqidlər səsləndirərək onu “cinayətkarlıqla mübarizədə zəif və xarici siyasətdə dəhşətli” adlandırmışdı. O, eyni zamanda süni zəka vasitəsilə İsa Məsih obrazında öz fotosunu yaradaraq paylaşmışdı. Paylaşım sonradan silinib.
“Mən belə biabırçı prezidentimizin olmasından iyrənirəm. Biz liderləri məsuliyyətə cəlb etməliyik ki, onlar avtokratlara və diktatorlara çevrilməsinlər və bizi ağılsız müharibələrə sürükləməsinlər”, - deyə Klinton vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az