Pakistan Yaxın Şərq münaqişəsinin başa çatması üçün səylər göstərir

2026/04/1775927466.jpg
Oxunub: 393     19:35     13 Aprel 2026    
Pakistan Yaxın Şərq regionunda münaqişənin başa çatması üçün səylər göstərir.

Ordu.az xəbər verir ki, bunu Pakistanın insan hüquqları üzrə nazirliyinin parlament katibi Saba Sadik Bakıda tələbələrlə görüş zamanı bildirib.

“Biz tərəflərin danışıqlar masasına əyləşməsi üçün çalışdıq. Bu prosesdə bizi müxtəlif regionlardan olan ölkələr dəstəklədi. Qarşıdurmada olan iki tərəf dialoqa başlaya bildi - bu, birgə səylər və əməkdaşlıq ruhu sayəsində mümkün oldu. Danışıqlar baş tutdu, lakin hələlik yekun razılaşma əldə olunmayıb”, - o bildirib.

Onun sözlərinə görə, ABŞ-nin da iştirakı ilə davam edən hazırkı proses gələcəkdə konkret nəticələrə gətirib çıxara bilər. O vurğulayıb ki, Pakistan regiondakı münaqişənin davam etməməsinə və sülh yolu ilə həll olunmasına çalışır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Yaxın-Şərq  


Bizi "telegram"da izləyin