İran prezidenti Putinə “beynəlxalq platformalarda dəstəyə və humanitar yardıma görə” təşəkkür edib. Qərb və İsrail mənbələrinin qənaətinə görə, İran “Rusiyadan və Çindən hava hücumundan müdafiə sistemlərinin mobil komplekslərini əldə edib və atəşkəsi bu sistemləri bərpa etmək məqsədilə istifadə edir”.
Məlumata görə, İslamabaddakı İran-ABŞ danışıqlarının “qeyri-rəsmi vasitəçisi Çin” olub. İsrailin “Yediot Ahronot” nəşri yazıb ki, Çin “Tehran danışıqlar masasına oturmağa razılaşmasa, İrandan neft alışını dayandırmaqla hədələyib”. İslamabad danışıqları heç bir razılaşma ilə nəticələnməyib. Diqqət çəkir ki, Putin-Lukaşenko telefon danışığında Şimali Koreya ilə “üçtərəfli əməkdaşlıq” mövzusunun müzakirəsi fonunda Çinin xarici işlər naziri Van İ Pxenyana səfər edib və onu ölkə lideri Kim Çen In qəbul edib. Bu görüş barədə hələlik heç bir detal açıqlanmayıb.
Bu kontekstdə Qazaxıstandan maraqlı məlumat daxil olub. Rusiyapərəst müxalifət mənbələri ifşa ediblər ki, Astana Türkiyəyə hava və quru ərazisi vasitəsilə hərbi təyinatlı yüklərin daşınmasına icazə verib. Qazaxıstan hakimiyyəti hələ bu məlumatı nə təsdiqləyib, nə də təkzib edib, lakin qazax müxalifət nümayəndələri əmindirlər ki, Türk Dövlətləri Təşkilatı yaxın gələcəkdə Asiya NATO-su, hərbi-siyasi ittifaq kimi üzə çıxacaq və KTMT artıq formal olaraq da dağılacaq.
Asif Cəfərov
Ordu.az