Müharibə nəticəsində Tehranda 40 mindən çox yaşayış binası zərər görüb

2026/03/1774076489.jpg
Oxunub: 406     19:39     13 Aprel 2026    
Yerli hakimiyyət orqanlarının məlumatına görə, ABŞ və İsrailin İrana qarşı müharibəsi nəticəsində Tehranda 40 mindən çox yaşayış binası zərər görüb.

Ordu.az xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.

Ümumilikdə 40 min 813 yaşayış binasına ziyan dəyib. Onlardan 34 min 348-i yüngül təmirə, 4 min 483-ü orta səviyyəli təmirə, 779-u isə konstruktiv möhkəmləndirməyə ehtiyac duyur.

Bundan əlavə, bombardman nəticəsində zərər görmüş 1203 bina tam sökülərək yenidən tikilməlidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tehran   Müharibə  


Bizi "telegram"da izləyin