Ordu.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
“Biz onların “sürətli hücum katerləri” adlandırdıqları azsaylı vasitələrinə zərər vermədik, çünki onları ciddi təhlükə hesab etmədik.
Xəbərdarlıq: bu katerlərdən hər hansı biri yaxınlaşarsa, dərhal məhv ediləcək. Bunun üçün biz dənizdə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tətbiq etdiyimiz eyni məhv etmə sistemindən istifadə edəcəyik. Bu, sürətli və sərtdir. Dəniz və okean vasitəsilə ABŞ-yə daxil olan narkotiklərin 98,2%-nin qarşısı alınıb”, - deyə Tramp qeyd edib.
Sevinc Əliyeva
Ordu.az