Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Buna səbəb Macarıstandakı seçkilərdə müxalif “Tisa” partiyasının qələbə qazanmasıdır. Budapeşt bu ilin fevralında həm bu vəsaitlərin ayrılmasını, həm də Rusiyaya qarşı sanksiyaların 20-ci paketinin qəbulunu dayandırmışdı.
Ötən ilin dekabrında Avropa İttifaqı sammitində təsdiqlənən bu maliyyələşdirmə Ukraynanın büdcə ehtiyacları üçün 30 milyard avro və 2026-2027-ci illərdə Avropa silahlarının alınması üçün 60 milyard avro nəzərdə tutur. Orban veto qoyaraq bildirmişdi ki, “Drujba” boru kəməri ilə Rusiya neftinin tədarükü bərpa olunmayana qədər bu vetonu götürməyəcək. Maliyyələşdirmənin təsdiqlənməsi üçün ittifaqın bütün 27 ölkəsinin razılığı tələb olunur.
Orbanın məğlubiyyətindən və 199 yerlik parlamentdə 138 mandat qazanan “Tisa”nın qələbəsindən sonra Brüsseldə Macarıstan vetosunun birdəfəlik ləğv ediləcəyi gözlənilir.
Sevinc Əliyeva
Ordu.az