Ordu.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Pakistan kontingenti Səudiyyə Ərəbistanının müdafiə qabiliyyətlərini gücləndirmək məqsədilə Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri və dəstək elementlərini əhatə edir.
Bundan əvvəl, aprelin 9-da OSINT analitiki “Egypt’s Intel Observer”n məlumatına görə, Pakistan Hərbi Hava Qüvvələrinə məxsus üç ədəd C-130H hərbi nəqliyyat təyyarəsi eyni hava bazasına intikal etmişdi.
Müdafiə razılaşmasının təsiri
Xatırladaq ki, 2025-ci il sentyabrında Səudiyyə Ərəbistanı ilə Pakistan arasında qarşılıqlı müdafiə razılaşması imzalanmışdı. Bu razılaşma regionda gərginliyin artdığı bir dövrdə iki ölkə arasında hərbi əməkdaşlığı daha da gücləndirmişdi.
ABŞ-yə etimad sorğulanır
Bu əməkdaşlığın genişlənməsi ənənəvi təhlükəsizlik təminatçısı hesab olunan ABŞ-nin etibarlılığına yönəlmiş artan ehtiyatlı yanaşma ilə də əlaqəli qiymətləndirilir.
Eyni zamanda ərəb ölkələri NATO-ya bənzər hərbi ittifaq yaratmaq ehtimalını da gündəmlərində saxlayır.
Sevinc Əliyeva
Ordu.az