KİV: Böyük Britaniya ABŞ-nin Hörmüz boğazındakı missiyasına qoşulmayacaq

2026/04/1775835700.jpg
Oxunub: 324     23:32     12 Aprel 2026    
Böyük Britaniya ABŞ-nin Hörmüz boğazındakı hərbi missiyasında iştirak etməyəcək.

Ordu.az "Sky News"a istinadən xəbər verir ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların və bir sıra digər ölkələrin hərbi dəniz qüvvələrinin boğazın blokadasına başladığını bəyan edib.

Telekanalın məlumatına görə, London bu əməliyyata qoşulmaq niyyətində deyil.

Xatırladaq ki, Hörmüz boğazı dünyada neft-qaz daşımalarının əsas marşrutlarından biridir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hörmüz   Britaniya  


Bizi "telegram"da izləyin