Ordu.az xəbər verir ki, bu barədə İranın turizm naziri Reza Salehi-Amiri bildirib.
“Ümumilikdə ölkənin 20 vilayətində abidələr zərər görüb. Zərərin həcmi təxminən 7,5 trilyon İran tüməni (57,7 milyon dollar) olaraq qiymətləndirilir”, - deyə Salehi-Amirinin sözlərini İranın dövlət televiziya və radio şirkəti sitat gətirib.
O bildirib ki, 140 obyekt zədələnib, onlardan 63-ü Tehranda, 23-ü İsfahanda və 12-si Kürdüstanda yerləşir.
Sevinc Əliyeva
Ordu.az