Tramp danışıqlar uğursuz olarsa, İrana zərbələrin bərpa olunacağı ilə hədələyib

2026/04/1775883227.jpg
Oxunub: 421     19:18     11 Aprel 2026    
İslamabadda müharibənin tənzimlənməsi üzrə danışıqlar uğursuz olarsa, ABŞ İrana qarşı zərbələri bərpa edəcək.

Ordu.az xəbər verir ki, bu barədə aprelin 11-də ABŞ Prezidenti Donald Tramp bildirib.

O, “Newsmax” telekanalının jurnalisti Kelli Mayer ilə söhbətində qeyd edib ki, Tehran ilə aparılan bugünkü məsləhətləşmələrin necə başa çatacağını bilmir. Jurnalistin prezidentin ümid edib-etmədiyi barədə sualına Tramp “hərəkət etməyə hazır olduqlarını” deyib.

“Əhəmiyyəti yoxdur [danışıqlar necə keçəcək], əks halda biz [İrana qarşı zərbələri] bərpa edəcəyik. Biz hərəkət etməyə hazırıq”, - deyə jurnalist Trampın sözlərini “X” sosial şəbəkəsindəki səhifəsində sitat gətirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin