İran Pakistana ABŞ ilə danışıqlara başlamaq üçün ilkin şərtlərin tam paketini təqdim edib

2026/04/1775898592.jpg
Oxunub: 403     18:41     11 Aprel 2026    
İran Pakistan tərəfinə Vaşinqtonla danışıqlara başlamaq üçün zəruri olan bütün tələblərini təqdim edib. Bu tələblər daha əvvəl irəli sürülmüş 10 maddəlik plan əsasında hazırlanıb.

Ordu.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.

“[İran parlamentinin sədri] doktor [Məhəmməd Baqir] Qalibaf və [İranın xarici işlər naziri] cənab [Abbas] Əraqçi ilə Pakistan tərəfi arasında söhbət təxminən iki saatdan iki saat yarıma qədər davam edib. Pakistan tərəfinə İranın 10 maddəlik paketi əsasında təklif olunan şərhlər, baxışlar və tələblər çatdırılıb”, - deyə o, İran dövlət televiziyasında bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Pakistan  


Bizi "telegram"da izləyin