Rusiya və Ukrayna BƏƏ-nin vasitəçiliyi ilə 6,3 min hərbi əsiri mübadilə edib

2024/10/1729311810.jpg
Oxunub: 430     17:47     11 Aprel 2026    
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vasitəçiliyi ilə Rusiya və Ukraynanın indiyədək mübadilə etdiyi hərbi əsirlərin sayı aprelin 11-dədəyişdirilən 350 nəfər də daxil olmaqla 6 305 nəfərə çatıb.

Ordu.az xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkəsindəki hesabında bildirilib.

Qeyd olunub ki, BƏƏ-nin münaqişə çərçivəsində həyata keçirdiyi hərbi əsirlərin mübadiləsi üzrə vasitəçilik missiyalarının ümumi sayı 21-ə çatıb.

"BƏƏ böhranın hərtərəfli siyasi yolla həllinə yönəlmiş bütün səyləri dəstəkləməyə davam edəcək ki, bu da humanitar nəticələrin yumşaldılmasına, regional və beynəlxalq səviyyələrdə sülh, sabitlik və əmin-amanlıq imkanlarının gücləndirilməsinə kömək edəcək", - nazirlik vurğulayıb.

Xatırladaq ki, bu gün Rusiya və Ukrayna BƏƏ-nin vasitəçiliyi ilə "175-in 175-ə" formatında hərbi əsir mübadiləsi həyata keçirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   BƏƏ  


Bizi "telegram"da izləyin