Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Məlumata görə, Polis Baş İdarəsinin Aviasiya İdarəsi bazar ertəsi keçiriləcək mərasimlə yerli imkanlarla istehsal olunmuş 1 AKSUNGUR pilotsuz uçuş aparatı, 1 ATAK hücum helikopteri və 1 T-70 ümumi təyinatlı helikopterini inventarına daxil edəcək.
Aviasiya İdarəsi inventarına əlavə edəcəyi AKSUNGUR ilə təhlükəsizlik əməliyyatlarında imkanlarını genişləndirəcək. 48 saat havada qala bilən və milli peyklər vasitəsilə rabitə imkanı təqdim edən AKSUNGUR ilə Polis Baş İdarəsinin tərkibindəki qabaqcıl pilotsuz uçuş aparatı sayı 30-a çatacaq.
Mərasimdə təhvil alınacaq ATAK və T-70 ilə qurumun helikopter parkında yerlilik səviyyəsi də artacaq. Daha əvvəl təhvil alınmış ATAK və T-70 helikopterlərinə əlavə edilən yeni vasitələrlə Polis Baş İdarəsinin əməliyyat sahəsindəki hava gücü artacaq.
Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin koordinasiyası ilə həyata keçirilən layihələr çərçivəsində 2026 və 2027-ci illərdə daha 18 GÖKBEY helikopteri və 2 AKSUNGUR pilotsuz uçuş aparatının inventara daxil edilməsi planlaşdırılır. 18 GÖKBEY-in təhvili ilə Aviasiya İdarəsinin helikopter inventarında yerlilik səviyyəsinin 58 faizə çatdırılması hədəflənir.
Təhvil mərasiminə daxili işlər naziri Mustafa Çiftçi, Müdafiə Sənayesi Baş İdarəsinin rəhbəri Haluk Görgün və TUSAŞ baş direktoru Mehmet Dəmiroğlunun qatılması gözlənilir.
Sevinc Əliyeva
Ordu.az