Ordu.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Con Hili “Sky News” telekanalına müsahibəsində bildirib.
Ondan ABŞ tərəfindən “hər hansı cavab tədbiri” gözləyib-gözləmədiyini, məsələn, Böyük Britaniyadan 10 min hərbçinin çıxarılmasını soruşduqda, müdafiə naziri bunu təkzib edib. “Xeyr, və bunun iki səbəbi var. Birincisi, biz bilirik ki, Prezident Tramp hər zaman haqlı olaraq NATO-nun bütün üzvlərindən Ukraynaya ayrılan müdafiə xərclərini və dəstəyi artırmağı tələb edir və biz də bunu edirik. İkincisi, müttəfiqlərə göstərilən dəstək və İranın raket anbarlarına endirilən bir sıra ABŞ zərbələrinə verilən dəstək müharibə zamanı çox mühüm rol oynayıb”, - deyə Hili bildirib.
Daha əvvəl “Financial Times” öz mənbələrinə istinadən yazmışdı ki, Tramp NATO-nun baş katibi Mark Rütte ilə görüş zamanı İran əleyhinə müharibəni dəstəkləməyən Avropa ölkələrini “cəzalandırmaqla” hədələyib. Son günlər ABŞ Prezidenti Avropadakı müttəfiqlərini (o cümlədən Böyük Britaniyanı) Tehrana qarşı əməliyyata qoşulmadıqlarına görə sərt tənqid edib. Avropa İttifaqına üzv bütün ölkələr İran əleyhinə hərbi əməliyyatları dəstəkləməkdən imtina ediblər. Buna cavab olaraq Tramp Avropa müttəfiqlərini qorxaqlar adlandırıb və “bunu unutmayacağını” bildirib.
Sevinc Əliyeva
Ordu.az