Ordu.az xəbər verir ki, bu barədə şənbə günü CNN məlumat yayıb.
“ABŞ-nin vitse-prezidenti yaxın saatlarda İslamabadda başlanmalı olan danışıqların hazırlanmasında həlledici rol oynayıb”, - deyə telekanal pakistanlı yüksək vəzifəli mənbəyə istinadən bildirir.
Telekanalın mənbəsi qeyd edir ki, atəşkəsə nail olmaq üçün bir neçə gün danışıqlar aparmaq lazım olacaq. Pakistan tərəfi Vensi bir qədər uzun müddət ölkədə qalmağa və məsələnin həllinə kömək etməyə razı salmağa ümid edir.
Bundan əlavə, CNN-in həmsöhbəti hesab edir ki, iranlılar Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkofa demək olar ki, etibar etmirlər. Məhz o, İranla əvvəlki danışıqlar mərhələlərini aparıb, lakin bu proses ABŞ-nin İrana endirdiyi zərbələr səbəbindən uğursuz olub.
Daha əvvəl məlum olub ki, ABŞ nümayəndə heyəti artıq İslamabada gəlib. Vensdən başqa nümayəndə heyətinə Uitkof və ABŞ Prezidentinin kürəkəni Cared Kuşner də daxildir.
Sevinc Əliyeva
Ordu.az