“Reuters”: Müctəba Xameneyi hələ də aldığı zədələrdən sağalmayıb, lakin “zehni aydınlığını qoruyur”

2026/03/1773583523.jpg
Oxunub: 444     15:25     11 Aprel 2026    
İranın ali rəhbəri Müctəba Xameneyi fevralın 28-də hava zərbəsi zamanı aldığı üz və ayaq nahiyəsindəki ağır zədələrdən hələ də sağalmaqdadır.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyinə İran İslam Respublikasının yeni rəhbərinin yaxın çevrəsindən olan üç anonim mənbə məlumat verib.

Agentliyin mənbələrinin sözlərinə görə, İran əleyhinə ABŞ və İsrail müharibəsinin ilk günü Tehranın mərkəzində yerləşən iqamətgaha endirilən zərbə nəticəsində 56 yaşlı Müctəba Xameneyinin üzü ciddi şəkildə zədələnib. Ayaqlarına da ağır xəsarətlər yetirilib. Bununla belə, mənbələr bildirir ki, Xameneyinin şüuru aydındır, o, səsli əlaqə vasitəsilə yüksək vəzifəli şəxslərlə görüşlərdə iştirak edir və mühüm qərarların qəbulunda (o cümlədən ABŞ-nin ilə danışıqlarda) iştirak edir.

“Reuters” qeyd edir ki, bu, son həftələr ərzində Xameneinin yaxınlarının verdiyi ən ətraflı məlumatdır, lakin agentlik hələ bu xəbərləri tam yoxlayıb təsdiqləyə bilməyib.

Müctəba Xameneyi İran əleyhinə ABŞ və İsrail hücumlarının ilk günü, fevralın 28-də yaralanıb, onun atası, ölkənin keçmiş ali rəhbəri Əli Xamenei isə həlak olub. Martın 7-də İsrailin 12-ci kanalı mənbələrinə istinadən kiçik Xameneyinin yaralanması barədə məlumat yayıb. Daha sonra “The New York Times” yazıb ki, Müctəba Xameneyi ayaq nahiyəsində zədə alıb. Bir neçə gün sonra İran Xarici İşlər Nazirliyi onun yaralandığını təsdiqləsə də, “özünü yaxşı hiss etdiyini” bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Müctəba-Xameneyi   İran  


Bizi "telegram"da izləyin