“Forbes”: ABŞ HDQ-yə məxsus MQ-4C “Triton” PUA-sı Hörmüz boğazı üzərində yoxa çıxıb

2026/02/1772257150.jpg
Oxunub: 297     15:22     11 Aprel 2026    
Hörmüz boğazı üzərində kəşfiyyat uçuşu həyata keçirərkən ABŞ-nin ən bahalı pilotsuz uçuş aparatlarından biri olan MQ-4C Triton yoxa çıxıb.

Ordu.az xəbər verir ki, bu barədə “Forbes” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Hörmüz boğazında patrul xidməti həyata keçirən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı İrana doğru istiqamət alıb, daha sonra avtomatik şəkildə “kod 7700” siqnalı verib və enişə başlayıb, bundan sonra isə onun siqnalı qəfil radardan itib.

“Hadisəni “FlightRadar” açıq mənbə saytı vasitəsilə izləmək mümkün olub. Bununla belə, hələlik rəsmi olaraq təsdiqlənməyib ki, pilotsuz uçuş aparatı qəzaya uğrayıb, İran raketi ilə vurulub, yoxsa bazaya qayıtmağa nail olub”, - deyə məlumatda qeyd olunub.

MQ-4C “Triton” dəniz və sahil zonalarının müşahidəsi üçün nəzərdə tutulmuş ABŞ kəşfiyyat pilotsuz uçuş aparatıdır. “Forbes”un məlumatına görə, 2024-cü ilə olan vəziyyətə əsasən, belə bir aparatın qiyməti 187 milyon dollar təşkil edir. Aparat havada 24 saatdan çox qala və 18 min metr hündürlüyə qədər qalxa bilir. O, dəniz səthini izləməyə və gəmiləri aşkar etməyə imkan verən radiolokasiya sistemi ilə təchiz olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   MQ-4C-Triton  


Bizi "telegram"da izləyin