Ordu.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.
Məlumata görə, İranın yeni lideri Müctəba Xameneyi parlamentin sədri Məhəmməd Baqer Qalibafa “razılaşma bağlamaq və ya ondan imtina etmək” səlahiyyəti verib.
IRIB-in məlumatına görə, Qalibafın rəhbərlik etdiyi nümayəndə heyəti şənbə gecəsi Pakistanın paytaxtına gəlib. Nümayəndə heyətinə İran Mərkəzi Bankının sədri Əbdolnaser Hemmati, Müdafiə Şurasının katibi Əli Əkbər Əhmədian və xarici işlər naziri Abbas Əraqçi də daxildir.
Sevinc Əliyeva
Ordu.az