Ordu.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Məlumata görə, şənbə günü Pakistanın vasitəçiliyi ilə keçiriləcək ABŞ-İran danışıqları məhz bu oteldə baş tutacaq. Pakistan hökumətinin mənbələrinə istinadən bildirilir ki, otel danışıqlar üçün əsas platforma kimi seçilib.
Eyni zamanda qeyd olunur ki, Vensin nümayəndə heyəti hələlik İslamabaddakı görüşlərin gündəliyini açıqlamayıb.
Xatırladaq ki, Pakistan hakimiyyəti daha əvvəl danışıqların keçiriləcəyi məkan barədə məlumat verməkdən imtina etmişdi.
Sevinc Əliyeva
Ordu.az