İranda aviazərbələr nəticəsində dağıdılmış dəmir yolu körpüsü 40 saatdan az müddətdə bərpa edilib

2026/04/1775902166.jpg
Oxunub: 390     14:04     11 Aprel 2026    
İranın Qum vilayətində aviazərbələr nəticəsində zədələnmiş dəmir yolu körpüsü 40 saatdan az müddətdə bərpa olunub.

Ordu.az xəbər verir ki, bu barədə vilayət rəhbərinin müavini Xosrov Sameri bildirib.

Onun sözlərinə görə, Qum vilayətinin Tac-Xatun kəndi yaxınlığında yerləşən yeddi aşırımlı dəmir yolu körpüsü 40 saatdan az müddətdə bərpa edilərək yenidən istismara verilib.

Körpü düşmənin son hücumu zamanı zədələnmişdi.

Xatırladaq ki, aprelin 7-də ABŞ və İsrail İranın mülki infrastrukturuna hava zərbələri endirmiş, nəticədə üç dəmir yolu körpüsü, dəmir yolu xətti və bir avtomobil körpüsü zədələnmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Körpü  


Bizi "telegram"da izləyin