1999-cu ildən Cibutiyə rəhbərlik edən İsmayıl Ömər Qelle yenidən ölkə prezidenti seçilib

2026/04/1775899996.jpg
Oxunub: 334     13:10     11 Aprel 2026    
Cibutinin fəaliyyətdə olan Prezidenti İsmayıl Ömər Qelle 97,8 % səs toplayaraq növbəti prezident seçkilərində qalib gəlib.

Ordu.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Cibutinin dövlət KİV-lərinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, seçici fəallığı 80,4 % təşkil edib.

2021-ci ildə keçirilmiş əvvəlki seçkilərdə də Qelle 97 %-dən çox səs toplamışdı.

Xatırladaq ki, 78 yaşlı İsmayıl Ömər Qelle 1999-cu ildən Cibutinin Prezidentidir.

2025-ci ilin oktyabrında parlament prezidentliyə namizədlər üçün 75 yaş məhdudiyyətinin ləğv edilməsinin lehinə səs verib, həmçinin yeni konstitusiyanın təsdiqlənməsi üçün əvvəllər məcburi olan referendumdan imtina edib.

Əhalisi 1 milyondan az olan Cibutinin ərazisində ABŞ, Çin, Fransa, İtaliya və Yaponiyanın hərbi bazaları yerləşdirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cibuti   Prezident  


Bizi "telegram"da izləyin