Ordu.az xəbər verir ki, Avropa diplomatiyasının rəhbərinin sözlərini “Dpa” agentliyi sitat gətirib.
Kallas Avropanın fəaliyyəti ilə bağlı belə tənqidi iddiaları “ədalətsiz” adlandırıb.
“Əlbəttə, hamımız daha çox şey edə bilərik”, - deyə o bildirib.
Bununla belə, o, Avropanın öz təhlükəsizlik problemlərinə işarə edərək Rusiyanın Ukraynaya qarşı müharibəsinin dördüncü ilini qeyd edib.
“Bilirsiniz, bu məsələdə Fars körfəzi ölkələrinin bizə həqiqətən kömək etdiyini görməmişik”, - deyə o bildirib və əlavə edib ki, dəstək “birtərəfli ola bilməz”.
Onun sözlərinə görə, Avropa Yaxın Şərqdəki hazırkı böhranın səbəbi deyil, lakin regionun sabitliyinə töhfə verməyə çalışır.
Kallas Qırmızı dənizdə gəmiçiliyin təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilən dəniz əməliyyatlarını, Livan silahlı qüvvələrinə “Hizbullah” və HƏMAS-a qarşı mübarizədə göstərilən dəstəyi, həmçinin “iki dövlət” prinsipi əsasında İsrail-Fələstin münaqişəsinin həllinə yönəlmiş səyləri xatırladıb.
O, həmçinin Fələstin Muxtariyyətinə verilən Avropa yardımını və regionda hava hücumundan müdafiə imkanlarının gücləndirilməsinə yönəlmiş addımları qeyd edib.
Sevinc Əliyeva
Ordu.az